Valensiya FK | ||||
---|---|---|---|---|
Valencia Club de Fútbol | ||||
Ölkə | ||||
Ləqəb(lər) | Yarasalar | |||
Rəng(lər) | Ağ-qara (narıncı) | |||
Yaranma tarixi | 18 mart 1919 | |||
Stadionu | Mestalla | |||
Tutumu | 55,000 | |||
Prezidenti | Anil Murthi | |||
Baş məşqçisi | Voro | |||
Liqa | İspaniya la liqası | |||
2021-22 | 9 | |||
| ||||
Rəsmi saytı | ||||
Vikianbarda əlaqəli mediafayllar |
Valensiya Futbol Klubu (İspanca València Club de Futbol, Valensiya, Yarasalar kimi də tanınır) — İspaniyanın eyniadlı şəhərini təmsil edir. İspaniya futbol tarixi və Avropanın ən məşhur komandalarından biridir. Valensiya 6 dəfə İspaniya Primerası (la liqa) 8 dəfə Kral Kuboku, 3 dəfə UEFA Kuboku, 1 dəfə Kuboklar Kuboku və 1 dəfə Avropa Super Kubokunun qalibi olmuşdur. İki dəfə UEFA Çempionlar Liqasının finalına qədər yüksəlmiş Real Madrid və Bavariyaya məğlub olmuşdur, müvafiq olaraq 2000 və 2001-ci illərdə. Ümumilikdə götürdükdə Valensiya 7 dəfə Avrokubokların finalına çıxmış 4-ünü qalib kimi başa vurmuşdur.
Bütün illər üzrə la liqanın turnir cədvəlində Valensiya 3-cü yerdə qərarlaşır, Real Madrid və Barselonadan sonra. Qitə yarışlarındakı nailiyyətlərinə görə də həmin klublardan sonar ölkənin 3-cü ən güclü klubudur.
Klubun əsası 1919-cu ildə qoyulmuşdur və 1923-cü ildən etibarən ev oyunlarını 55,000 nəfərlik Mestalla stadionunda (əsl adı Estadio Mestalla) keçirir. Klub hazırda 75,000 nəfərlik yeni arenaya – Nou Mestalla stadionuna keçməyi planlaşdırır. Valensiya eyni adlı şəhərin digər təmsilçisi Levante ilə əzəli rəqibdir. Klub ölkənin Valensiya muxtariyyətində (muxtar cəmiyyət) digər iki klub Hercules və Villareal ilə də rəqabət aparır. Valensiya İspaniyada ən çox azarkeş kütləsinə sahib 3-cü komandadır.